Sergey Karyakin: Çox şadam ki, məni daim Azərbaycana dəvət edirlər

Rusiya şahmatçısı Sergey Karyakin “Sport-Ekspress” nəşrinə müsahibəsində görkəmli azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən Shamkir Chess 2018 turnirində iştirakı ilə bağlı fikrini belə ifadə etmişdir:

–Mən dəfələrlə demişəm ki, Vüqarla çox yaxın əlaqələrim olub. Bu, sadəcə, yoldaşlıq yox, həqiqətən, isti dostluq əlaqələri idi. Çox şadam ki, məni daim onun xatirəsinə həsr edilən turnirə dəvət edirlər. Bundan əlavə, turnirə dəvət həm də böyük şərəfdir. Şəmkirdə turnirlər əla təşkil olunur.  Bir də ki, bizim Azərbaycan Prezidenti ilə görüşümüz planlaşdırılıb. Bilirəm ki, cənab Əliyev şahmatı sevir və dəstəkləyir. Çox istəyirəm ki, mötəbər yarışın qalibi olum. Əhvalım əladır və ümid edirəm ki, uğur qazanacam.

Xatırladaq ki, Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr edilən beşinci beynəlxalq turnir aprelin 18-dən 28-dək keçiriləcəkdir. Turnirdə Karyakinlə yanaşı dünya çempionu Maqnus Karlsen (Norveç), Veselin Topalov (Bolqarıstan), Aniş Giri (Hollandiya), Din Lijen (Çin), David Navara (Çexiya), Radoslav Voytaşek (Polşa), habelə azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov iştirak edəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında