82-ci gedişdə qələbə

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Slovakiyanın Visokiye tatrı şəhərində keçirilən qadınlar arasında şəxsi Avropa çempionatında üçüncü qələbəsini qazanmışdır. Bu dəfə qrossmeysterimiz gürcüstanlı Bela Kotenaşvili ilə görüşmüş və 82-ci gedişdə gərgin mübarizənin taleyini öz xeyrinə həll etmişdir.

Beş turdan sonra daha bir neçə şahmatçı kimi 4 xal toplamış Məmmədzadə 4,5 xalla turnir cədvəlinə başçılıq edən rusiyalı Valentina Qunina və Ukrayna təmsilçisi Anna Uşeninadan yarım xal geri qalır.

Turnirdə iştirak edən digər Azərbaycan şahmatçıları arasında daha yaxşı nəticə göstərən Ülviyyə Fətəliyeva beşinci turda Olqa Prudnikovanı (Ukrayna) məğlubiyyətə uğradaraq xal ehtiyatını 3-ə çatdırmışdır.

O. BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında