“Atletiko” və daha üç yarımfinalçı

UEFA Avropa Liqası turnirində dörddəbir final mərhələsinin cavab görüşləri keçirilmiş və bütün  yarımfinalçılar məlum olmuşdur.

Finalın astanasında mübarizəni davam etdirmək hüququnu  Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la  iki  dəfə  heç-heçə oynamış İspaniyanın “Atletiko”  (Madrid),  habelə İngiltərənin “Arsenal”, Fransanın “Marsel”  və  Avstriyanın “Zalsburq” komandaları qazanmışlar.

Dörddəbir finalda iki oyunun yekununda  ispanlar  Portuqaliyanın “Sportinq” komandasına  qalib gəlmiş (2:0, 0:1), ingilislər  Rusiyanın  ÇSKA (Moskva) klubundan üstün olmuş (4:1, 2:2),  fransızlar  Almaniyanın  “Leypsiq” komandası  üzərində qələbə  qazanmış (0:1, 5:2), avstraliyalılar isə  İtaliyanın “Latsio” klubundan  güclü olmuşlar (2:4, 4:1).

Yarımfinal görüşləri  aprelin 26-da  və mayın 3-də  keçiriləcəkdir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında