Minayənin sevinci

Azərbaycan idmançıları qarşıdakı  payızda  Buenos-Ayresdə keçiriləcək  Yeniyetmələrin III Olimpiya Oyunlarına  daha bir  lisenziya  qazanmışlar. Bu  dəfə Argentina paytaxtına  vəsiqənin  sevincini gənc  taekvondoçu  Minayə Əkbərova  yaşamışdır.

İdmançımız Tunisin Hammamet şəhərində  yenicə  başa  çatmış Olimpiada – 2018-ə lisenziya  xarakterli  turnirdə 44 kq çəki dərəcəsində uğurla çıxış  edərək olimpiyaçı  olmaq  vəzifəsinin öhdəsindən  bacarıqla  gəlmişdir.

Milli Taekvondo Federasiyası  mətbuat  xidmətinin  xatırlatdığı  kimi bu, Minayənin beynəlxalq  meydanda ilk uğuru  deyil.  O, əvvəllər yeniyetmələrin  dünya  birinciliyinin  gümüş, klublararası Avropa  çempionatının  bürünc  mükafatçısı olmuş,  bu il isə gənclərin klublararası Avropa  birinciliyində  qızıl  medal  qazanmışdır.

O.BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında