Ayovada AGF-nin beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib

Bu günlər ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya  Kuboku yarışı keçirilir.

 Milli Güləş Federasiyası mətbuat  xidmətinin  yaydığı  xəbərə görə, hazırda  okeanın  o  tayında  səfərdə olan Azərbaycan  Güləş Federasiyasının 1-ci vitse-prezidenti Firdovsi Umudov, baş katib Orxan Məmmədov və beynəlxalq əlaqələr şöbəsinin müdiri  Namiq Qurbanov burada bir sıra görüşlər keçiriblər.

Olimpiya Oyunlarının bürünc medalçısı və ikiqat dünya çempionu Terri Brandsın komanda  nümayəndələrinin şərəfinə təşkil  etdiyi ziyafət çərçivəsində nümayəndə heyəti Dünya Güləş Birliyinin İdarə Heyətinin üzvü, Braziliya Güləş Federasiyasının prezidenti Pedro Qata Filho, ABŞ Güləş Federasiyasının icraçı direktoru Rich Bender, Ayova şəhərinin prezidenti Joshua Schamberger ilə görüşüb.

Görüş zamanı qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilib, Azərbaycan güləşçilərinin nailiyyətlərindən söz açılıb.  Azərbaycan Güləş Federasiyasının dünyada güləşin inkişafında  və təbligindəki fəaliyyətini yüksək qiymətləndirən DGB və ABŞ rəsmiləri Dünya  Kubokunda  komandamıza uğurlar arzulayıblar.

Öz növbəsində AGF-nin vitse-prezidenti Firdovsi Umudov ABŞ  nümayəndələrinə yüksək  təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkür edib. Federasiyalarımız arasındakı əlaqələrdən məmnunluğunu bildirən F.Umudov qarşılıqlı əlaqələrimizin gələcəkdə də yüksək səviyyədə davam edəcəyinə əminliyini bildirib.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında