Təsnifat turnirlərində oynayacaqlar

Sentyabrın 14-16-da Rumıniyada keçiriləcək basketbol 3x3 üzrə Avropa çempionatına lisenziyalar uğrunda  34 ölkə komandaları mübarizə aparacaqlar.

Bu barədə azerisport-un yaydığı  xəbərdə bildirilir ki, kişilərdən ibarət komanadaların təsnifat turniri iyunun 30-dan iyulun 1-dək Rumıniyada keçiriləcək. Bu turnirdə Azərbaycan basketbolçuları Serbiya, Polşa, Rumıniya, Xorvatiya, Almaniya, İspaniya, Bosniya və Herseqovina, Litva, Gürcüstan, İsveç və İrlandiya komandaları ilə  bir  qrupda  çıxış  edəcəklər. Ən yaxşı dörd komanda növbəti mərhələyə vəsiqə qazanacaq.

Qadın basketbolçuların təsnifat turniri isə iyunun 23-24-də Andorrada təşkil olunacaq. Bu yarışda da  növbəti mərhələyə dörd komanda  çıxacaq. Turnirdə Azərbaycan, Macarıstan, İtaliya, Andorra, İspaniya, Latviya, Estoniya, Serbiya və Yunanıstan komandaları iştirak edəcəklər.

O.BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında