Naxçıvan dəvət edir

Mayın birinci ongünlüyü Azərbaycanın idman həyatında  mühüm bir hadisə ilə əlamətdar olacaq. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən  “Naxçıvan Open – 2018” beynəlxalq şahmat festivalı ilə bu ənənəvi  yarışın tarixinə daha bir səhifə yazılacaq.

Respublikamıza rəhbərlik etdiyi  uzun illər ərzində idmanın digər  növləri kimi,  şahmatın da inkişafına daimi qayğı və diqqət göstərmiş ulu öndərin xatirəsinə həsr edilən festival üç turniri özündə birləşdirəcək – “A”, “B”, “C”.

Ən güclülərin  yarışacağı “A” turnirinin  qalibi  5000 dollar məbləğində  mükafat alacaq. İkinci-üçüncü yerlərin sahibləri üçün  müvafiq   surətdə 3000 və 2000  dollar mükafat nəzərdə tutulmuşdur.

Turnirin təşkilatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Şahmat Federasiyası və Naxçıvan  Muxtar Respublikasının Şahmat Federasiyasıdır.

İsveçrə sistemi üzrə  keçirilib 9 turdan ibarət olacaq festival mayın 1-də starta çıxıb 10-da  finişə çatacaq. Festival çərçivəsində 2000 dollar mükafat fondu ilə blits-turnir də təşkil ediləcək.

Onu da qeyd edək ki artıq Rusiyanın populyar   e3e5  saytı da  Naxçıvanın arzu edənləri növbəti beynəlxalq şahmat festivalına  dəvət etdiyi barədə məlumat vermişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında