Dünya Kuboku turniri start ərəfəsində

Tezliklə ABŞ-da keçiriləcək sərbəst güləş üzrə Dünya Kuboku turniri, demək olar,  artıq starta hazırdır. Kubok uğrunda  iki qrupa  bölünmüş səkkiz komanda  mübarizə  aparacaq.

Azərbaycan güləşçiləri Kuba, Qazaxıstan və Monqolustan idmançıları  ilə birlikdə “B” qrupuna daxildirlər. “A” qrupunda  isə ABŞ, Gürcüstan, Yaponiya və Hindistan yığmaları çıxış edəcəklər.

Millimiz ilk görüşü aprelin 7-də Kuba komandasına qarşı keçirəcək,  həmin gün ikinci tur şərçivəsində  Qazaxıstan yığması ilə görüşəcək, aprelin 8-də isə Monqolustanla  matç olacaq.

Qrupların qalibləri finalda  öz aralarında  keçirəcəkləri görüşdə Dünya Kubokunun sahibini müəyyənləşdirəcəklər.

O.BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında