Gəncədə Olimpiya çempionumuzun məşqçisinin 70 illik yubileyi qeyd olundu

1948-ci il aprelin 1-də Gəncə şəhərində anadan olan Elçin Zeynalovun yetirmələri Dünya, Avropa çempionlarıdır, Dünya Kubokunun qalibləri və mükafatçılarıdır. Abil İbrahimov, Rza Xəlilov, Vüsal Həsənov, Rəhim Əliyev məhz bu titullara təcrübəli məşqçinin sayəsində yiyələniblər. Elçin Zeynalovun yetirməsi Toğrul Əsgərov isə 2012-ci ildə London Olimpiya Oyunlarının qızıl, 2016-cı il Rio de-Janeyro Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

Yubiley tədbirində Gənclər və İdman nazirinin müşaviri Tofiq Eyvazov çıxış edərək bildirib ki, güləşin inkişafındakı xidmətlərinə görə Elçin Zeynalov 1973-cü ildə SSRİ idman ustası, 1989-cu ildə Əməkdar məşqçi adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı, 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni, 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 1 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. Daha sonra Tofiq Eyvazov Gənclər və İdman naziri Azad Rəhimovun təbrik məktubunu səsləndirib.

Yubiley tədbirində  Azərbaycan Güləş Federasiyası prezidentinin müşaviri Yaqub Məmmədov , Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov, Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı Ramil Qasımov, yubilyarın uşaqlıq dostu Ayyət Rüstəmzadə və başqaları çıxış edərək  Elçin Zeynalovun ünvanına xoş sözlər səsləndirib, xatirə hədiyyələri təqdim ediblər.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva Elçin Hidayət oğlu Zeynalovu şəhər rəhbərliyi adından təbrik edərək «Fəxri fərman» və hədiyyəni ona təqdim edib.

Elçin Zeynalov ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirib. Azərbaycan idmanının inkişafı naminə daha əzmlə çalışacağını vurğulayıb.

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında