Ərzurum 2026-cı ilin Qış Olimpiya Oyunlarını keçirmək üçün sifariş ərizəsi vermişdir

Ria Novosti martın 30-da İnsidethegames-ə istinadla bildirmişdir ki, Türkiyənin Ərzurum şəhəri 2026-cı ilin Qış Olimpiya və Paralimpiya Oyunlarını keçirmək üçün sifariş ərizəsi vermişdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumun təşəbbüsünü dəstəkləmişdir. Ötən ilin fevral ayında Ərzurumda 13-18 yaşlı idmançılar üçün Avropa Qış Olimpiya Festivalı keçirilmişdir.

Oyunlar–2026-ya sifarişlərin qəbulu müddəti martın 31-də başa çatmışdır. Hazırda Olimpiadanı keçirməyə Kanadanın Kalqari, Yaponiyanın Sapporo, İsveçrənin Syon, İsveçin Stokholm, Avstriyanın Qrats və Şladminq, habelə İtaliyanın Milan və Turin şəhərləri namizəddirlər.

Qış Olimpiadası –2026-nın paytaxtı 2019-cu ilin sentyabr ayında elan olunacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında