Futzal millimiz Türk Universiadasına hazırlaşır

Aprelin 4-dən 11-dək Bakıda Birinci Türk Universitetləri İdman Oyunları (Türk Universiadası) keçiriləcək.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) mətbuat xidmətinin  bu barədə yaydığı xəbərdə bildirilir ki, Universiadanın proqramına daxil edilən idman oyunları arasında futzal da var. Turnirdə qələbə uğrunda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan komandaları mübarizə aparacaqlar. Oyunlar aprelin 6, 7 və 9-da Azərbaycan Texniki Universitetinin idman zalında keçiriləcək.

Yarışı qələbə ilə başa vurmaq əzmində olan Azərbaycan komandası bu günlər Bakı İdman Sarayında qarşıdakı görüşlərə səylə hazırlaşır.

O.BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında