Dünya Kuboku turnirinə iki vəsiqə

Azərbaycan şahmatçıları Eltac Səfərli və Nicat Abasov Gürcüstanın Batumi şəhərində yenicə başa çatmış şəxsi Avropa çempionatında uğurla çıxış edərək 2019-cu ildə Xantı-Mansiyskdə (Rusiya) keçiriləcək Dünya Kuboku yarışına vəsiqə qazanmışlar.

On bir turdan ibarət Avropa çempionatında bir görüşdə belə uduzmayıb beş oyunda rusiyalılar Maksim Şekaçixin, Artur Qabrielyan, çex Jiri Stoçek, Tiqran Arutyunyan (Ermənistan) və Vasili İvançuk (Ukrayna) üzərində qələbə qazanan, altı rəqiblə isə heç-heçəyə razılaşan Səfərli 8 xal toplayaraq Avropa çempionu İvan Şariçdən (Xorvatiya) yarım xal geri qalmışdır. İkinci yeri tutan ingilis Cons Qaveyn də çempionatda çıxışlarını 8 xalla başa vurmuşdur. Lakin Eltac əlavə göstəricilərə görə ondan və daha bir neçə iştirakçıdan geri qalmışdır. Abasov isə 7,5 xalla turnir cədvəlində 20-ci olmuşdur.

Çempionatın şərtlərinə görə ilk 23 yeri tutan şahmatçılar Dünya Kuboku yarışına vəsiqə qazanırdılar. Bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirən Səfərli və Abasovun komanda yoldaşları Rauf Məmmədov və Qədir Hüseynov da məqsədə çox yaxın idilər. Onlar da Nicat kimi 7,5 xal toplamış, ancaq əlavə göstəricilərə görə müvafiq surətdə 26-27-ci yerlərlə kifayətlənməli olmuşlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında