Almaniyada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş boks turniri keçiriləcək

 Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Heydər Əliyev adına Dünya Boks Komitəsinin (World Boxing Committee H.Aliyev) təşkilatçılğı ilə mayın 5-də Almaniyanın Vaysvasser şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş  peşəkar boks turniri keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, turnirin təntənəli açılış mərasimində şəhər meriyasının rəhbəri Torsten Plöts, Almaniya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri və yerli medianın iştirakı gözlənilir. Çempionata Almaniya və Azərbaycan himlərinin səsləndirilməsi ilə start veriləcək. Turniri 2000-ə yaxın tamaşaçının canlı izləyəcəyi gözlənilir. İdman yarışının Almaniya mediasında geniş işıqlandırılması nəzərdə tutulub.

Artıq Almaniyada ənənə halını almış boks turnirində müxtəlif ölkələrin boksçuları peşəkar rinqdə öz güclərini sınayacaq. Ukraynalı boksçu Oleksandr Qaraşenko, Almaniya boksçuları Tino Froehliş və Dominik Kosel, Polşa boksçusu Thomas Andreevski və digər ölkələrdən olan peşəkar boksçular Heydər Əliyevin adını daşıyan beynəlxalq kəmərlər uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi 2012-ci ildə Almaniyanın Maqdeburq şəhərində soydaşımız Yaşar Niftəliyev Millinits tərəfindən yaradılıb. Komitənin məqsədi dünyada yaşayan azərbaycanlı idmançıları bir araya gətirmək, ulu öndər Heydər Əliyevin idmanla bağlı tövsiyələrini yerinə yetirmək, başqa millətlərdən olan idmançılarla Avropada yaşayan azərbaycanlı idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək, ümummilli liderin adını daşıyan kəmərləri dünyanın ən məşhur kəmərləri sırasına çıxarmaqdır.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında