Daha bir qızıl səhifə

Azərbaycanın qadınlardan ibarət milli güləş komandasının lideri Mariya Stadnik özünün böyük qələbələrlə zəngin idman həyatına daha bir qızıl səhifə yazmışdır. Olimpiya oyunlarının üçqat mükafatçısı bu dəfə Sofiyada 56-cı “Dan Kolov–Nikola Petrov” beynəlxalq turnirində fəxri kürsünün zirvəsində təbrikləri qəbul etmişdir.

İlk iki görüşdə fransalı və polşalı rəqiblərinə heç bir ümid yeri qoymayan (müvafiq surətdə 11:0 və 10:0) Stadnik yarımfinalda Nadejda Sokolovaya, finalda isə onun həmvətəni Milana Dadaşovaya da böyük üstünlüklə (hər iki görüşdə 14:4 hesabı ilə) qalib gələrək 50 kq çəki dərəcəsində qızıl medala layiq olduğunu inamla sübuta yetirmişdir.

Bolqarıstana səfər yunan-Roma üsulu ilə güləşən Elman Muxtarov (67 kq) üçün də uğurlu olmuşdur. O, turnirdə çıxışlarını bürünc medalla başa vurmuşdur.

Əgər Sofiya startlarının ilk iki günündə yunan-Roma güləşçisi Rəsul Çunayevin (72 kq) qızıl və Elisa Manolovanın (65 kq) bürünc mükafat qazandıqlarını da xatırlasaq, turnirdə dörd nəfərlə təmsil olunan güləşçilərimizin Bolqarıstan paytaxtından Azərbaycana 2 qızıl və 2 bürünc medal gətirmələri, həqiqətən, böyük müvəffəqiyyətdir.

O. BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında