Berlində finiş yaxınlaşdıqca...

Almaniya paytaxtında dünya şahmat tacına iddiaçıların turniri yaxınlaşdıqca 2018-ci ilin bu çox mötəbər idman hadisəsində gərginlik və həyəcan da artır.

Planetin bütün guşələrində heç kim qarşıdakı payızda Londonda dünya şahmat tacı uğrunda matçda norveçli Maqnus Karlsenə kimin rəqib olacağı məsələsinə biganə deyil. Əksinə, hamı bir-birinə layiq səkkiz qrossmeysterin mübarizəsinin son raundlarını getdikcə daha böyük maraqla gözləyir.

Cümə günü keçirilmiş 11-ci turda Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Uesli So ilə, Din Lijen (Çin) Aleksandr Qrişukla (Rusiya), Fabiano Karuana (ABŞ) Vladimir Kramniklə (Rusiya) heç-heçəyə razılaşdıqdan, digər rusiyalı Sergey Karyakin isə Levon Aronyana (Ermənistan) qalib gəldikdən sonra turnir cədvəlinin ən yüksək pillələrində liderlik uğrunda mübarizə daha da kəskinləşmişdir.

Finişə üç tur qalmış əvvəlkitək vahid lider olan Karuananın 7 xalı var və o, ən yaxın izləyicisi Məmmədyarovdan (6,5 xal) yarım addım irəlidədir. Şəhriyar da öz növbəsində 6 xalla üçüncü-dördüncü yerləri bölüşdürən Karyakinlə Qrişuku yarım xal qabaqlayır. Görünür, son turlarda birinci yer uğrunda mübarizə məhz bu dörd lider arasında gedəcək.

Dünən axşam keçirilən 12-ci turda Məmmədyarov ağ fiqurlarla Lijenə qarşı oynamışdır. Bu gün isə turnirdə sonuncu istirahət günüdür. Azərbaycan şahmatçısı martın 26-27-nə təsadüf edəcək son iki turda Qrişuk və Kramniklə qarşılaşacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında