Liderlər üçlüyünün yarım addımlığında

Gürcüstanın Batumi şəhərində keçirilən kişilər arasında şəxsi Avropa çempionatının 5-ci turu Azərbaycan şahmatçısı Qədir Hüseynova üçüncü qələbə sevinci yaşatmışdır. Qrossmeysterimiz artıq 22-ci gedişdə rumıniyalı Boqdan–Daniel Dyakı məğlubiyyətlə barışmağa məcbur etmişdir.

Bu tur həmçinin Eltac Səfərlinin Tiqran Arutyunyan (Ermənistan) üzərində qələbəsi, Nicat Abasovun rusiyalı Olqa Girya ilə görüşdə müvəffəqiyyəti ilə yadda qalacaq. Hesabat turunda Rauf Məmmədovun həmyerlisi Ülvi Sadıqova qalib gələrək özünün turnir vəziyyətini bir qədər yaxşılaşdırdığını da qeyd edək.

Ümumi mükafat fondu 100 min avro olan 11 turdan ibarət turnirdə beş turdan sonra ilk üç yeri bölüşdürən israilli Tanar Nabati, Hollandiya təmsilçisi Benjamin Bok və İvan Sariç (Xorvatiya) hərəyə 4,5 xal toplamışlar. Azərbaycan şahmatçıları arasında daha yaxşı çıxış edən Hüseynovun 4, Səfərli ilə Abasovun 3,5 xalı var.

Dünən Avropa çempionatı iştirakçıları 6-cı turun görüşlərində mübarizə aparmışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında