İddiaçıların turniri həlledici mərhələdə

Berlində dünya şahmat tacına iddiaçıların turnirinin iştirakçıları 9-cu turun  görüşlərini oynayıb növbəti fasiləyə çıxmışlar. Qarşıdakı payızda norveçli dünya çempionu Maqnus Karlsenlə matçda oynamaq hüququ verən yeganə vəsiqə uğrunda həlledici mübarizə də məhz bundan sonra başlanacaq.

Bu mübarizənin ən fəal iştirakçılarından biri, şübhəsiz, Şəhriyar Məmmədyarov olacaq. Doqquzuncu turda qara fiqurlarla Levon Aronyana (Ermənistan) qarşı görüşdən heç-heçə ilə ayrılan azərbaycanlı qrossmeyster finişə beş tur qalmış Almaniya paytaxtını Londona vəsiqə ilə tərk etmək üçün yaxşı imkana malikdir.

Doqquz turdan sonra 5,5 xal toplamış Məmmədyarov 6 xalla vahid lider mövqeyində olan Fabiano Karuanadan (ABŞ) yarım addım geri qalır.

Üçüncü pillədə irəliləyən rusiyalı Aleksandr Qrişuku isə Məmmədyarovdan yarım xallıq məsafə ayırır.

Hərəyə 4,5 xala malik Sergey Karyakin (Rusiya) və Din Lijen (Çin) 4-5-ci, 3,5 xal toplamış Vladimir Kramnik, Aronyan və Uesli So (ABŞ) 6-8-ci yerləri bölüşdürürlər.

Təqvimdə növbəti, 10-cu turun oyunları martın 22-nə təyin edilmişdir. Bu turda Məmmədyarov–Karuana görüşü daha böyük maraqla gözlənilir. Liderlərin “döyüşünün” qalibi məqsədə doğru çox ciddi addım atmış olacaq. Turun qalan görüşlərində Qrişuk Karyakinlə, Lijen So ilə və Kramnik Aronyanla qarşılaşacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında