Qubadlılıların Novruz şənliyi

Novruz bayramı Qubadlı sakinləri tərəfindən hər il yüksək səviyyədə, təntənəli sürətdə qeyd edilir. Rayon icra hakimiyyəti və  AzTv-nin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə təşkil olunan bayram şənliyində RİH-in başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, məsul işçilər, idarə, müəssisə və təşkilatların kollektivləri, habelə ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Malik İsaqov rayon ictimaiyyətini bayram münasibətilə təbrik etdi. bildirdi ki, Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində qeyd olunur. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz bayramı qədim ənənələrin qorunub saxlanılması, Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara əl tutmaq, pay vermək savab hesab edilir.

Qubadlı camaatı ümummilli lider Heydər Əliyevin siyasətinə daim sadiqdir və onun layiqli davamçısı Prezident İlham Əliyevi hər zaman dəstəkləyir. Belə bir inam ifadə edildi ki, möhtərəm Prezidentimizin apardığı siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək və belə çərşənbə tonqalları hər kəsin öz yurdunda, öz həyətində alovlanacaq.

Şənliyə dəvət olunmuş respublikanın tanınmış incəsənət xadimlərinin ifasında şən mahnılar səsləndirildi. Bayram oyunları nümayiş olundu və idmançılar tatami üzərində öz məharətlərini göstərdilər. Novruzun simvolu olan Kosa və Keçəlin, kəndirbazın əyləncəli hərəkətləri də tədbirə xüsusi rəng qatdı.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında