Şəmkirdə möhtəşəm Novruz şənliyi

Şəmkir rayonunda möhtəşəmliyi və rəngarəngliyi ilə yadda qalan Novruz şənliyi keçirilib. Heydər Əliyev Mərkəzinin qarşısındakı keçirilən bayram tədbirində meydan Novruz atributları ilə bəzədilmiş, səmənilər, xonçalar düzülmüşdü.

Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək bütün Azərbaycan xalqını bayram münasibətilə təbrik etmiş, xoş arzularını çatdırmışdır.

Sonra rayon rəhbəri Novruzun rəmzi olan tonqalı alovlandırmışdır.      

Tədbirdə N saylı hərbi hissədə qulluq edən əsgərlərimizin də iştirak etməsi  bayrama xüsusi gözəllik qatmışdır. Sakinlər onların hər birinə Novruz xonçası təqdim etmişlər.

Bayram tədbirində müxtəlif uduş lotoreyaları oynanılmış və qaliblər müxtəlif hədiyyələr qazanmışlar.

Murad Arifin aparacılığı, respublikanın tanınmış müğənniləri Vasif Məhərrəmli və Elvin Abdullayevin şən mahnıları ilə davam edən bayram tədbiri Dədə Qorqud və Bahar qızının xoş arzuları, Kosa və Keçəlin bir-birindən məzəli səhnəcikləri, milli geyimli oğlan və qızların bir-birini əvəz edən rəqsləri ilə davam etmişdir.

 

Hamlet Qasımov,
Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında