Şəmkir xoşlarına gəldi…

Yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya iştirakçıları martın 17-də Şəmkir rayonunda olublar.

Məktəbliləri Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev qarşılayıb. O, Şəmkir rayonu haqqında ətraflı məlumat verdikdən sonra tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzinə gəlmişlər. Şagirdlər burada Ulu Öndərin zəngin irsini əks etdirən fotoşəkillərə, Ümummilli Liderə həsr olunan kitablara baxmış, onun müxtəlif vəzifələrdə olduğu dövrlərdəki iş kabinetlərinin və iş otaqlarının bənzərləri ilə yaxından tanış olmuşlar. Bayraq meydanı da  tur-aksiya iştirakçılarında böyük maraq oyadıb.

“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi, vaxtilə alman koloniyaçıları tərəfindən inşa olunan lüteran kilsəsi ilə tanışlıq da məktəblilərin Şəmkir haqqında aldıqları xoş  təssüratlarlar sırasındadır.

                  

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında