“Ən yaxşı səməni mənim səmənimdir...”

Həmin gün Gəncə Dövlət Universitetində biologiya-kimya fakültəsinin  təşəbbüsü ilə keçirilən müsabiqədə bu sözləri tez- tez eşitmək olurdu. Tələbələrin müxtəlif ölçüdə, fərqli forma və məzmunda nümayiş etdirdikləri səmənilər hamı tərəfindən maraqla qarşılanırdı. Müsabiqəyə universitet rektorluğunun, həmkarlar ittifaqı komitəsinin, fakültə dekanlarının və kafedra müdirlərinin də qatılması iştirakçılar arasında mübarizəni daha da gücləndirmişdi.

Universitetin rektoru Yusif Yusibov bildirib ki, belə bir müsabiqənin keçirilməsi milli adət-ənənələrimizi yaşatmaq, dəyərlərimizə hörmətlə yanaşmaq, onları gələcək nəsilə ötürmək baxımından olduqca əhəmiyyətlidir. Digər tərəfdən Novruzu geniş şəkildə təbliğ etmək, tanıtmaq üçün əvəzsiz bir imkan yaranır.

Sonda tələblərin əl işləri səsvermə yolu ilə seçilmiş və qaliblər mükafatlandırılmışlar.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında