Naxçıvan Muxtar Respublikasına yeni kənd təsərrüfatı texnikaları gətirilib

Kənd təsərrüfatında mütərəqqi metodların tətbiqi, müasir texnika və texnoloji avadanlıqlardan istifadə mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə ardıcıl tədbirlər görülür, torpaq mülkiyyətçilərinin texnika ilə təminatı diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, martın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxıb.

 “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov məlumat verib ki, cəmiyyətin fəaliyyəti dövründə muxtar respublikaya 2213 texnika və texnoloji avadanlıq alınıb gətirilib, onlardan 1808-i sahibkarlara satılıb. Lizinqə götürüləcək kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizi ödənildikdən sonra dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir ki, bu da kənd təsərrüfatının inkişafına öz töhfəsini verməkdədir. Bundan başqa 2016-cı ildən başlayaraq muxtar respublikada suvarma sistemlərinə də dövlət büdcəsi hesabına 40 faiz güzəşt tətbiq edilir. Əhalinin keyfiyyətli ət və süd məhsullarına olan tələbatını ödəmək, eyni zamanda, qaramalın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də bir sıra işlər görülüb. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya 1927 baş damazlıq cins mal-qara gətirilərək satışı həyata keçirilib. Arıçılıq təsərrüfatları üçün də ləvazimatların alınması diqqətdə saxlanılıb, arı pətəkləri və balsüzən maşınlar alınıb gətirilib.

Texnikalara baxış zamanı bildirilib ki, bu il 6 taxılsəpən, 15 kotan, 8 otbiçən, 4 çizel, 8 gübrəsəpən, 10 otdoğrayan maşın, 6 suvarma sistemi və digər texnoloji avadanlıqlar olmaqla, 59 texnika alınıb. Sərfəli şərtlərlə uzun müddətə lizinqə verilən kənd təsərrüfatı texnikaları yüksək keyfiyyət göstəricilərinə malikdir. Yeni texnika və avadanlıqlar əkin sahələrində, eləcə də təsərrüfat işlərində mütərəqqi aqrotexniki qaydaların tətbiqinə imkan verəcək.

Ali Məclisin sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bitkiçilik və heyvandarlıq aptekinə, eləcə də ehtiyat hissələri və gübrə anbarlarına baxıb.

Qeyd olunub ki, bitkiçilik və heyvandarlıq aptekində kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan dərmanlar satışa çıxarılır. Dərmanların istifadə qaydası haqqında torpaq mülkiyyətçilərinə və fermerlərə əvvəlcədən məlumat verilir, izahat işləri aparılır. Cəmiyyətin anbarında kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri də var. Gübrə anbarında da tələbata uyğun ehtiyat yaradılıb.

Ali Məclisin sədri sahibkarların tələbatına və sifarişinə uyğun texnika və gübrələrin alınıb gətirilməsi, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində və rayon bazalarında texnikaların ehtiyat hissələrinin, arıçılıq ləvazimatlarının və dərmanların satışının həyata keçirilməsi, kənd təsərrüfatında mütərəqqi metodlardan və texnikalardan istifadə ilə bağlı maarifləndirmə işlərinin aparılması barədə tapşırıqlar verib.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında