Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Avstraliyada silsilə tədbirlər

Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Avstraliyada silsilə tədbirlər keçirilmişdir.
Fevralın 25-də Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyəti (AATDC) və Türk Quruluşları Federasiyasının təşəbbüsü ilə Avstraliyanın Gelibolu məscidində cümə namazından əvvəl Xocalı soyqırımı barədə ətraflı məlumat verilmiş, faciə qurbanlarının ruhuna dualar oxunmuşdur. Mərasimdə 3000-dən çox insan iştirak etmişdir.
AATDC-dən bildirmişlər ki, elə həmən gün Türk Dayanışma Dərnəyinin binasındakı "Türk Evi"ndə Azərbaycan, Türk, Uyğur, Türkmən və digər türk toplumlarının, yerli ictimaiyyət nümayəndələrinin, eləcə də Avstraliyada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə anma tədbiri keçirilmişdir.
AATDC-nin və "Azərbaycanın səsi" radiosunun təşəbbüsü ilə təşkil olunmuş tədbirdə Heydər Əliyev Fondunun hazırladığı audio-video materiallar, kitablar və broşürlər paylanmışdır.
Dostluq Cəmiyyətinin sədri İmaməddin Qasımov iştirakçılara Xocalı soyqırımı barədə məlumat vermiş, Türkiyə-Azərbaycan birliyinin bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərindən danışmışdır.
O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə sabiq sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlılarının Xocalı şəhərində törətdiyi vəhşiliklərin əvvəlcədən hazırlanmış etnik təmizləmə planının tərkib hissəsi olduğunu bildirmişdir.
2000 FM radiosunun efirində yayımlanan "Azərbaycanın səsi" radio proqramının rəhbəri Gülzar Qasımova çıxışında demişdir ki, son üç həftə ərzində dinləyicilərə Xocalı faciəsi ilə bağlı məlumat verilmişdir. Xocalı soyqırımı zamanı 63-ü uşaq və 106-sı qadın olmaqla 613 nəfərin vəhşicəsinə, xüsusi qəddarlıqla qətlə yetirildiyi dinləyicilərin diqqətinə çatdırılmışdır.
Türk Dayanışma Dərnəyinin rəhbəri Bəşir Karasu, Türk Quruluşları Federasiyasının sədri Dursun Candəmir və başqaları çıxış edərək ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi vəhşilikləri lənətləmişlər.
Anma mərasimində Xocalı soyqırımına aid fotosərgi nümayiş etdirilmişdir.
Xocalı faciəsi qurbanlarının xatirəsi fevralın 26-da iqtidarda olan Leyboristlər Partiyası nümayəndələrinin Avstraliyanın NSW (Yeni Cənubi Uels) ştatında parlament seçkiləri öncəsi türkdilli xalqların yığcam yaşadığı Sidney şəhərinin Auburn bölgəsindəki görüşündə də yad edilmişdir. Auburn dairəsindən NSVV ştatı parlamentinin üzvü və yerli hakimiyyətlər naziri xanım Barbara Peri, Parramatta dairəsindən federal parlamentin üzvü xanım Culi Ovens, Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Con Möfi, Türkiyənin Avstraliyadakı baş konsulu Gülseren Çelik və yerli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Xocalı faciəsi, Ermənistanın Azərbaycana hərbi təcavüzü barədə məlumat verilmiş, qonaqlara erməni təcavüzü və terrorundan bəhs edən DVD təqdim edilmişdir.
"Turkish News Weekly" dərgisinin (www.turkishnewsweekly.com) fevralın 23-də nəşr olunan sayında AATDC-nin təşəbbüsü ilə Xocalı faciəsinə həsr olunmuş məqalə dərc olunmuşdur.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında