Mərkəzi Bank "Birlikbank" ASC-yə dair açıqlama yaymışdır

Azərbaycanın Mərkəzi Bankı (AMB) son vaxtlar "Birlikbank" ASC-nin bank lisenziyasının ləğv edilməsinə dair mətbuatdan daxil olan sorğularla bağlı açıqlama yaymışdır.
Açıqlamada bildirilir ki, "Birlikbank" ASC cari fəaliyyətini prudensial və etibarlı qaydada həyata keçirməmiş, bu da bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. Bankda yaranmış vəziyyət, eləcə də qanunvericiliyin və müxtəlif normativ aktların tələblərinin pozulması ilə əlaqədar AMB-nin bu quruma rəsmi xəbərdarlıqlar etməsinə baxmayaraq, maliyyə vəziyyətinin yaxşılaşdırılması və institusional inkişafın təmin olunması istiqamətində göstərişlərə əməl edilməmiş və nəticədə bank ödəniş qabiliyyətini itirmişdir.
Bank sektoru və dövlət orqanları qarşısında vaxtı keçmiş öhdəliklərini yerinə yetirə bilməməsi, habelə aktivlərin keyfiyyətinin və onların idarəetmə səviyyəsinin məqbul səviyyədə olmaması, AMB-nin qanunvericiliyə uyğun olaraq verdiyi yazılı göstərişlərə riayət etməməsi ilə əlaqədar Mərkəzi Bankın idarə heyətinin 24 yanvar 2011-ci il tarixli qərarı ilə "Banklar haqqında" Azərbaycan Respublikası Qanunu əsasında bankın lisenziyası ləğv edilmişdir.
İdarə heyətinin qərarı ilə "Birlikbank" ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir və qanunvericiliyə uyğun olaraq növbəti hüquqi prosedurlar həyata keçirilir.
Hazırda respublikada 44 bank fəaliyyət göstərir ki, onlardan 1-i dövlət, 43-ü isə kommersiya bankıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında