Şəmkirin Kür qəsəbə mədəniyyət evinin kollektivi nümunə göstərir

Şəmkirin Kür qəsəbə mədəniyyət evinin kollektivi rayonda az mədəni-kütləvi tədbir olar ki, iştirak etməsin. Maraqlıdır ki, kollektivin çıxışlarının biri digərinə bənzəmir və daim öz rəngarəngliyi, məzmunlu olması ilə fərqlənir. Digər tərəfdən hər tədbirə, hər bayrama uyğun geyimlərdən, kompazisiyalardan istifadə olunması kollektivin çıxışlarını daha da maraqlı, baxımlı edir.

Mədəniyyət evinin direktoru Rəfiqə Mürsəlova öz işinin fədaisidir, desək yanılmarıq. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan R. Mürsəlova uzun illərdir ki, bu sahədə çalışır və daim kollektivin fəaliyyətində yeniliklərin tətbiqinə nail ola bilir. Əsgərlər, veteranlar, məktəb və məktəbəqədər təhsil müəssisələri kollektivləri qarşısındakı çıxışlar  uzun müddət yaddaşlarda qalır və mədəniyyət işçilərini yenidən belə görüşlərə dəvət edirlər.

Bu il də kollektiv maraqlı və məzmunlu çıxışları ilə nümunə göstərir. Hazırda Novruz bayramı münasibətilə xüsusi proqram hazırlanıb və müxtəlif kollektivlərdə keçirilən görüşlərdə, tədbirlərdə bütün bunları görmək mümkündür.

Qeyd edək ki, R.Mürsəlova rayon icra hakimiyyətinin hər ilin sonunda keşirdiyi «İlin adamı» nominasiyasının dalbadal iki dəfə qalibi olub və xüsusi ödülə layiq görülüb.

        

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında