Azərbaycanın və Xorvatiyanın məhkəmə orqanları arasında əlaqələr genişlənir

 Bakıda səfərdə olan Xorvatiya Ali Məhkəməsinin sədri Branko Hrvatin fevralın 28-də Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə R.Rzayev xalqlarımızın vahid ideya birliyi və həmrəyliyi ilə bağlı fikirlərini bölüşmüş, bu səfərin qarşılıqlı əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün böyük imkanlar açdığını diqqətə çatdırmışdır. Azərbaycanın və Xorvatiyanın məhkəmə-hüquq sistemləri arasında əlaqələrin beynəlxalq təşkilatlar çərçivəsində də genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Respublikamızda məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlardan danışan R.Rzayev demişdir ki, hazırda Ali Məhkəmədə beynəlxalq hüquqi aktlar, xüsusən də "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ öyrənilir. Məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur. Hakim vəzifəsinə seçki qaydaları Avropa standartlarına uyğunlaşdırılmışdır.
Branko Hrvatin Xorvatiya Ali Məhkəməsinin fəaliyyət dairəsindən danışmış, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin böyük əhəmiyyət daşıdığını bildirmişdir.
Görüşdə demokratik və hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar, məhkəmə-hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında