Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Argentinanın sənaye naziri ilə görüşmüşdür

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Argentinaya səfəri çərçivəsində bir sıra görüşlər keçirmişdir.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, A.Əliyev Argentina sənaye naziri xanım Debora Giorgi ilə görüşmüşdür. Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin hazırkı vəziyyəti və iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. Xanım D.Giorgi cari il ərzində Argentina iş adamlarının müşayiəti ilə Azərbaycana səfərinin planlaşdırıldığını bildirmişdir.
Səfər çərçivəsində A.Əliyevlə Argentinanın ən iri biznes strukturları olan Argentina Sənayeçilər İttifaqının prezidenti Miguel Asebedo və Buenos-Ayres Ticarət Birjasının prezidenti Adelma Gabbi arasında görüşlər keçirilmiş və Azərbaycan-Argentina iqtisadi əməkdaşlığının genişləndirilməsinə bu strukturların cəlb olunması imkanları müzakirə olunmuşdur.
A.Əliyev həmçinin, Latın Amerikasının ən iri kitabxanalarından biri Argentina Respublikası Milli Kitabxanasının direktoru Orasio Qonzales ilə görüşərək kitabxanaya Dövlət Gömrük Komitəsi tərəfindən nəşr olunmuş "Azərbaycan gömrüyü mədəni irsin keşiyində", "Azərbaycan gömrüyü tarixi təsviri sənətdə", "Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik", "Azərbaycan gömrük muzeyləri" adlı kitabları təqdim etmişdir.
Latın Amerikasının ən nüfuzlu incəsənət muzeylərindən olan Argentina Milli İncəsənət Muzeyinin direktoru xanım Maria İnes ilə görüş zamanı isə muzeyə Qarabağ və Şirvan xalçaçılıq məktəbləri tərəfindən toxunmuş xalçalar hədiyyə edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında