Salyan rayonunun ümumtəhsil məktəblərinin şagirdləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə 4 günlük ekskursiyaya yola düşüblər

15 mart 2018-ci il iltarixində Salyan rayonunun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə 4 günlük ekskursiyaya yola düşmüşdür.

Tur-aksiyanın iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtramla yad etmişlər. Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, valideyn və müəllimlərin iştirak etdikləri yolasalma mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək, ölkəmizdə yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün yaradılmış şəraitdən, onlara göstərilən yüksək dövlət qayğısından bəhs etmiş, belə layihələrin yeniyetmə və gənclərin  dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığını vurğulamış,onlara bu aksiyada uğurlu yol və xoş istirahətlər arzulamışdır.

Tur-aksiya iştirakçıları musiqi sədaları altında onlar üçün ayrılmış xüsusi avtobusla respublikamızın şimal bölgəsinə yola düşmüşlər.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında