Dünya Bankının missiyası ilə müzakirələr aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Azərbaycanda iş yerləri ilə bağlı tədqiqat və strategiya üzrə missiyası ilə birgə ölkəmizdə əmək bazarı proqramlarına, habelə əmək bazarının monitorinqinə, məşğulluq məsələlərinə dair texniki görüş müstəvisində müzakirələr aparılıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev respublikamızın dayanıqlı və uzunmüddətli sosial-iqtisadi inkişafına nail olunmasına yönələn islahatlar proqramında məşğulluq amilinin mühüm yer tutduğunu vurğulayıb. Nazir müavini iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun genişlənməsinə, biznes mühitinin yaxşılaşmasına və sahibkarlığın hərtərəfli dəstəklənməsinə yönələn kompleks tədbirlərin son 15 ildə yeni iş yerlərinin yaradılmasına, işsizliyin aşağı səviyyəyə enməsinə imkan verdiyini qeyd edib. İ.İsayev əmək bazarının səmərəliliyi üzrə Azərbaycanın  beynəlxalq reytinqinin daim artmaqda olduğunu, 2017--2018 Qlobal Rəqabətlilik Hesabatında daha 9 pillə irəliləyərək 17-ci yeri tutduğunu diqqətə çatdırıb.

Nazir müavini həmçinin Beynəlxalq Əmək Təşkilatının layiqli əmək konsepsiyasının da həyata keçirilməsi sahəsində ölkəmizin fəal siyasətə malik olduğunu vurğulayıb.

“Azərbaycan Respublikasında peşə təhsilinin və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, ümumən orta və uzunmüddətli dövr üçün təkmil proqnozlaşdırma sisteminin yaradılmasının diqqətdə saxlandığı bildirilib. Bu sahədə Milli Observatoriyanın (müşahidə sisteminin) formalaşdırılması üçün aparılan işlər barədə məlumat verilib.

Dünya Bankının missiyasının üzvləri -- proqram rəhbəri Lire Ersado, baş iqtisadçılar Muhammed İhsan Ayvad və Maykl Ueber ölkəmizin əmək bazarında aktiv tədbirlərə istinad olunmaqla təsirli alət və mexanizmlərdən istifadə praktikasının genişlənməsinin məqsədəuyğun olduğunu və səmərəli məşğulluq imkanlarının artırılmasında müsbət nəticələrə imkan verdiyini bildiriblər.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında