13 min nəfərə yaxın şəxsi fərdi qaydada qəbul edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanılan məsələlərdən biri də vətəndaşlarla mütəmadi olaraq görüşlərin keçirilməsi, onların müraciətlərinin obyektiv şəkildə cavablandırılmasıdır. 2017-ci ildə və cari ilin ötən dövründə nazirliyin  rəhbərliyi və məsul şəxsləri  tərəfindən 13 min nəfərə yaxın şəxsin fərdi qaydada qəbulu həyata keçirilib. Onlardan 1465 nəfər nazirliyin rəhbər şəxsləri tərəfindən qəbul edilib.

Qeyd olunan dövr ərzində əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən 931 nəfər vətəndaş fərdi qaydada qəbul edilərək müraciətləri dinlənilib. Təkcə son iki ay yarım dövrdə nazir tərəfindən Salyan, Abşeron və Siyəzən rayonlarında və nazirlikdə keçirlən qəbullar zamanı 160 nəfərədək şəxsin fərdi qaydada qəbulu həyata keçirilib.

Müraciətlərdə sosial təminat, pensiya və müavinət təyinatı, əmək qanunvericiliyi, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası, sosial sığorta və s. məsələlərə dair sorğular ifadə olunub. Son illərdə əmək və sosial müdafiə sahələri üzrə əhaliyə xidmət sektorlarında elektron sistemlərin tətbiqi, o cümlədən ünvanlı dövlət sosial yardımı, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta və pensiya, əmək münasibətləri və s. sahələrin elektron infratsruktur üzərində qurulması bu sahələrdə məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə, həmin sahələr üzrə dövlət xidmətlərinin şəffaflaşmasına şərait yaradıb. Ünvanlı dövlət sosial yardımı, əlilliyin təyinatı sahələrində elektron sistemlərin tətbiqi müraciətlərin aşağı enməsinə şərait yaradıb. Bu sahələrdə müraciətlər elektron qaydada qəbul olunur və vətəndaşlara onların qeyd etdikləri əlaqə vasitələrinə cavablar da elektron formada göndərilir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında