Bakı Avrasiya Universitetində Xocalı faciəsinə həsr olunmuş mərasim

Bakı Avrasiya Universitetində (BAU) Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar universitetin müəllim və tələbələrinin, tanınmış ziyalıların iştirakı ilə mərasim keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə BAU-nun elmi işlər və xarici əlaqələr üzrə prorektoru, fəlsəfə elmləri doktoru professor Firuz Mustafa açaraq ermənilərin tarix boyu soydaşlarımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımının dünyada tanıdılması üçün görülən işlər barədə ətraflı məlumat vermişdir. Natiq bildirmişdir ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün səylərimizi daha da artırmalıyıq. Beynəlxalq təşkilatlar ənənəvi stereotiplərdən, geosiyasi maraqlardan deyil, insan vicdanı ilə tənzimlənən qanun və mənəvi dəyərlərdən çıxış etməlidir.
Mərasimdə çıxış edən digər natiqlər - BAU-nun kafedra müdiri, fəlsəfə elmləri doktoru, professor Dilqəm İsmayılov, universitetin müəllimləri Məbud İsmayılov, Ələddin Əsədzadə, siyasi icmalçı Yasin Qaraməmmədli, "Xocalını tanıtım" cəmiyyətinin sədri Yusif Savalan və başqaları Xocalı faciəsinin insanlığa qarşı törədilmiş dəhşətli soyqırımı olduğunu vurğulamış, cinayətkarların mütləq cəzalandırılacaqlarına əminliklərini bildirmişlər.

{nl}

Məsaim ABDULLAYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
August, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında