Sumqayıtda “Hamı seçkilərə” təlim-seminarı keçirilib

Aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində gənclərin maarifləndirilməsi, fəallığının və seçki prosesinə marağın artırılması məqsədilə Sumqayıt  Gənclər Evində "Hamı Seçkilərə" adlı təlim-seminar təşkil olunub.  

Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov bildirib ki,  gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən aparıcı qüvvəsidir. Azərbaycanın hər yerində olduğu kimi, Sumqayıtda da gənclər dövlətimizin diqqət və qayğısı ilə tam əhatə olunmuşlar. Böyük inam var ki, Sumqayıt gəncləri də Prezident seçkilərində ölkənin gələcəyinə biganə qalmayacaq və həmişə olduğu kimi mütəşəkkil şəkildə səsvermədə iştirak edəcəklər.  Şəhgərdəki Dairə Seçki komissiyalarının nümayəndələri   çıxış edərək gənclərin ölkənin ictimai-siyasi, mədəni həyatında mühüm yer tutduğunu, seçkilərdə onların fəal iştirakının vacibliyini vurğulayıb.  

Daha sonra təlimçi Ramil Süleymanov tərəfindən iştirakçılara, o cümlədən ilk dəfə səsvermə hüququ qazanmış gənclərə seçicinin hüquq və vəzifələri haqqında ətraflı məlumat verilib. İnteraktiv metodla davam edən təlim-seminarda gənclərə seçki qanunvericiliyi, səsvermə prosesi, hüquqi əsasları və tənzimlənməsi məsələləri haqqında informasiyalar çatdırılmışdır. Təlimdə ilk dəfə səsverən gənclər fəal iştirak etmiş, onları maraqlandıran suallar cavablandırılıb və sonda maarifləndirici xarakterli bukletlər paylanılıb.

Qeyd edək ki, təlim-seminarlar davamlı olaraq keçiriləcək.  

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında