Gəncədə bu ilki Novruz bayramı tədbiri öz qeyri adiliyi ilə seçiləcək

Gəncə Regional Mədəniyyət və Turizm idarəsinin rəsi, respublikanın Əməkdar mədəniyyət işçisi Sənan Hacıyev bölgə müxbirimizlə söhbətində demişdir:

-Artıq neçə illərdir ki, Gəncədə təşkil edilən Novruz şənlikləri  öz möhtəşəmliyi, maraqlı və məzmunlu olması ilə fərqlənir, uzun müddət yaddaşlarda qalır.Bəri başdan qeyd edim ki, bütün kütləvi tədbirlərin, o cümlədən Novruz bayramı münasibətilə keçirilən şənliklərin yüksək səviyyədə təşkili şəhər icra hakimiyyətinin bu məsələlərə olduqca məsuliyyətlə yanaşması və sakinlərə əsl bayram əhval-ruhiyyəsi bəxş etmək istəyi ilə bağlıdır.İcra hakimiyyətinin başçısı Elmar Vəliyevin dediyi bir fikirlər daim yaddaşımızda qalıb ki, tədbiri tədbir keçirmək xətrinə edirsinizsə, yaxşı olar onu heç keçirməyəsiniz. Əgər şəhər sakini bu tədbirə görə evindən çıxırsa o evinə də şən də qayıtmalıdır. Bütün bunları nəzərə alaraq bu ilki Novruz şənliyini də yüksək səviyyədə keçirməyi nəzərdə tutmuşuq. Özü də sakinlər və şəhərimizin qonaqları fərqli bir tədbirin şahidi olacaqlar.

Tədbir Gəncənin girəcəyindən, Qala Qapısından başlayacaq. Dədə Qorqud və Bahar qızın təbriklərindən sonra «Göygöl» Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı olacaq və sonra Qala bürcündə düzülmüş nağaraçalanların müşayəti ilə xüsusi bəzədilmiş faytonda Dədə Qorqud, Bahar qız, Kosa və Keçəlin şəhər istiqamətinə hərəkəti başlayacaq.

Tədbirin əsas hissəsi Gəncəçay park-bulvar kompleksində olacaqdır. Burada «Novruz-2018» adlı fləşmob, Gəncə filarmoniyasının, kukla teatrının,Gəncə Dövlət Dram teatrının, digər kollektivlərin çıxışları olacaq, kitab, xalça, rəsm əsərlərinin sərgisi, müxtəlif kulinariya növlərinin nümayişi, idmançıların çıxışları, şərab sərgisi və hələlik sürpriz kimi demək istəmədiyim digər tədbirlər olacaq.

Bayram şənlikləri Filarmoniyanın qarşısında, Cavadxan küçəsində davam etdiriləcək, Novruz tonqalı alovlandırılacaq. Bir sözlə, Gəncədəki tədbir bu dəfə də adamlara sevinc bəxş edəcək.

 

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında