Moskvada "Erməni ziyalısının etirafları" kitabının təqdimatı keçirilmişdir

Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar Moskvada anma mərasimi keçirilmişdir. Ölkəmizin RF-dəki səfirliyi, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi, RAGT və ÜAK tərəfindən İKT-nin Gənclər Forumu ilə birlikdə təşkil edilmiş tədbirdə Robetr Arakelovun "Erməni ziyalısının etirafları" kitabı təqdim edilmişdir.
Kitab "Xocalıya ədalət" beynəlxalq informasiya kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilmişdir. Bakılı erməni R.Arakelovun kitabının qiymətli cəhəti ondan ibarətdir ki, sənədli janrda yazılmış kitabda keçən əsrin 80-ci illərinin axırlarında keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində baş vermiş real tarixi hadisələr əks etdirilir. R.Arakelov separatçılara açıq etirazını bildirmiş, buna görə erməni millətçiləri fiziki və mənəvi təzyiqə məruz qalmışdır.
Kitabın təqdimat mərasimində Ural Federal Universitetinin professoru, kitaba ön sözün müəllifi Aleksandr Nesterov çıxış etmişdir. O, Xocalı qırğınını Bosniyada müsəlmanların soyqırımı ilə müqayisə edərək xüsusi vurğulamışdır ki, beynəlxalq birlik Xocalı soyqırımına münasibət bildirməmişdir. Onun fikrincə, ərazi iddialarının zorakılıqla müşayiət edilməsi o qədər də ağıllı hərəkət deyildir. Yeganə ağlabatan və məqbul prinsip dövlətin ərazi bütövlüyü prinsipidir.
Azərbaycan Milli Məclisinin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundova Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən çap edilmiş Robert Arakelovun kitabını təhlil etmişdir. Arakelovun müsahibəsinin fraqmenti auditoriyada toplaşanlara təqdim edilmişdir. Arakelov öz yaradıcılığı və vətəndaş mövqeyi ilə Zori Balayan və bu qəbildən olan şovinistlərin erməni xalqının beyninə yeritdiyi millətçilik ideyalarına qarşı həmişə qəti etirazını bildirmişdir. E.Axundova onun həyat və yaradıcılığından söhbət açaraq qeyd etmişdir ki, Arakelov heç vaxt öz mövqeyini dəyişməmişdir. O inanırdı ki, Qarabağ müharibəsində törədilmiş qanlı cinayətlərdə birbaşa təqsirkar olanlar hökmən öz layiqli cəzasını alacaqlar. E.Axundova ümidvar olduğunu bildirmişdir ki, hazırda Ermənistanda hakimiyyətdə olan iki hərbi cani - indiki prezident və müdafiə naziri törətdikləri cinayətlərə görə tribunal qarşısında haqlı cəzasını alacaqlar.
Moskva Dövlət Universitetinin postsovet məkanının öyrənilməsi üzrə mərkəzinin baş direktoru Aleksey Vlasov vurğulamışdır ki, Xocalı təkcə Azərbaycan xalqının deyil, taleyində və tarixində onun kədərinə şərik olanların və belə halların bir daha təkrarlanmamasını istəyənlərin hamısının taleyində faciəli bir səhifədir. "Həlak olmuş 613 nəfər dinc sakinin xatirəsi təkcə postsovet məkanının ən yeni tarixinə dair dərsliyin bir sətri deyil, bu, həmin faciənin bu və ya digər şəkildə şahidi olmuş və onu xatırlayan hər kəsin, bizim müasirlərimizin sağalmayan yarasıdır", - deyən Vlasov "Xocalıya ədalət" beynəlxalq kampaniyasının təşəbbüskarlarına və bu kampaniyanı keçirənlərə dərin təşəkkürünü bildirmişdir.
Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidenti professor Məmməd Əliyev Xocalı soyqırımı haqqında həqiqətin Heydər Əliyev Fondu tərəfindən təbliğ edilməsinin əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, indi Rusiya bu faciə barədə danışmağa xəcalət çəkir, çünki o vaxt Azərbaycan təkcə ermənilərin deyil, həm də bu barədə o vaxt da, indi də susanların hücumuna məruz qalmışdı. Onun sözlərinə görə, haqsızlıq tarixin özünütənzimləyən qüvvəsi ilə cəzalandırılmaya bilməz. M.Əliyev çıxışının sonunda demişdir: "Xocalıda bu dəhşətli qırğını törədənlərin siyahısı hər bir azərbaycanlıda olmalıdır".

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında