Xocalı soyqırımı anılmışdır

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir. Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Akademiyanın I prorektoru professor Əlikram Abdullayev tariximizin salnaməsinə qara səhifə kimi yazılmış bu faciə barədə ətraflı məlumat verdi. Natiq erməni separatçılarının, terrorçu dəstələrin əsrlər boyu "Böyük Ermənistan" yaratmaq xülyası ilə xalqımıza qarşı daim apardıqları təxribatları qeyd edərək, Xocalıda vəhşicəsinə həyata keçirilmiş faciədən söhbət açdı. O, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra xalqımızın başına gətirilən fəlakətlər barəsində beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə dolğun məlumatlar çatdırılması ilə əlaqədar görülən işləri xatırlatdı. Ə. Abdullayev qeyd etdi ki, haqq səsimizin bütün dünyaya çatdırılması böyük əhəmiyyət kəsb edir. Həmçinin torpaqlarımızın işğaldan azad olunmasında möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi tədbirləri yüksək dəyərləndirdi. Qeyd olundu ki, Xocalı faciəsi ilə əlaqədar son illər dünya ictimaiyyətinə ətraflı məlumat verilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir. Artıq dünyanın bir neçə ölkəsinin parlamentində Xocalı faciəsi müzakirə olunmuş və ermənilərin qəddarlığı ciddi narazılıq yaratmışdır. Bu kampaniya uğurla davam etdirilir.
Tədbirdə Milli Məclisin şöbə müdiri Lətif Hüseynov, Qırmızı Xaç Cəmiyyətinin Bakı Ofisinin rəhbəri xanım Şerin Pollin, türkiyəli jurnalist Mustafa Saatçı, Bakı Slavyan Universitetinin şöbə müdiri Oktay Əliyev, DİA-nın dosentləri Həvva Məmmədova, Elman Nəsirov və Fəxrəddin Nağıyev soyqırımla bağlı xalqımızın başına gətirilmiş müsibətlərdən danışdılar. Dünyada analoqu olmayan Xocalı soyqırımı barədə beynəlxalq ictimaiyyətə ətraflı məlumat verilməsi istiqamətində kampaniyanın davam etdirilməsinin vacibliyi qeyd edildi.

{nl}

Sona MƏMMƏDBƏYOVA, DİA-nın mətbuat və informasiya xidmətinin rəhbəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında