Şəhidlər unudulmur

Zaqatala rayon mədəniyyət evində Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları şəhidlərin xatirə kompleksini ziyarət etmiş, Xocalı soyqırımına həsr olunmuş sərgiyə baxış keçirmişlər. Tədbir Xocalı faciəsinin qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək vəhşiləşmiş erməni millətçiləri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının qüvvələri ilə birlikdə 19 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğın nəticəsində 613 nəfər soydaşımızın qəddarlıqla qətlə yetirildiyini, yüzlərlə insanın yaralandığını, 1275 nəfərin isə əsir düşdüyünü qeyd etmişdir. Natiq öz çıxışında həmin gün Xocalıda 10 ailənin tamamilə məhv edildiyini, 21 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyini qeyd etmişdir. Yalnız ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunduğunu vurğulamış, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin dünyanın müxtəlif ölkələrində qeyd olunduğunu bildirmişdir.
Sonra tədbirdə çıxış edən məcburi köçkünlər, ziyalılar və gənclər ulu öndər Heydər Əliyevin Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində yürütdüyü siyasətin hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini xüsusi vurğulamışlar.
Sonra Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur. Tədbirin sonunda rayonda məskunlaşmış məcburi köçkün ailələrinə yardımlar göstərilmişdir.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında