Pambıq əkininə hazırlıq işləri müzakirə olunub

Kənd Təsərrüfatı Nazirliyində “2018-ci ildə pambıq əkininə hazırlıq işlərinin təşkili və qarşıda duran vəzifələr”ə həsr olunmuş tədbir keçirilib.

Nazirlikdən bildiriblər ki, tədbirdə çıxış edən nazir Heydər Əsədov cari ildə pambıq əkilən rayonlar üzrə nazirliyin məsul işçilərindən ibarət təhkimçilərin müəyyən edilməsindən və onların qarşısında duran vəzifələrdən söz açıb. Təhkimçilərə rayonlar üzrə pambıq əkini üçün yerlərdə mövcud vəziyyətin araşdırılması, pay torpaqlarına üstünlük verməklə əkinəyararlı, su təminatı olan sahələrin müəyyənləşdirilməsi, toxum, gübrə, pestisid və texnikaya olan tələbatın və təminatın dəqiqləşdirilməsi, sahələrdə şumun və aratın aparılmasının yekunlaşdırılması, səpinqabağı becərmə işlərinə başlanılması və digər məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyələr verib.

Eyni zamanda, yerlərdə pambıq əkinləri ilə bağlı yarana biləcək problemlərin (texnika, toxum, gübrə, pestisid və s.) operativ həll olunması məqsədilə “Aqrolizinq” ASC, o cümlədən nazirliyin müvafiq şöbələri və qurumaları qarşısında da konkret vəzifələr qoyulub.

Tədbirdə  Aqrar Elm, İnformasiya, Məsləhət Mərkəzinin, elmi-tədqiqat institutlarının və nazirliyin yerli qurumlarının nümayəndələrinin birgə iştirakı ilə davamlı olaraq bölgələrdə pambıqçılığın elmi əsaslarla inkişaf etdirilməsi, gübrələrdən, pestisitlərdən düzgün istifadə olunması qaydaları barədə seminarların keçirilməsinin təşkili və digər məsələlər müzakirə olunub.

Sonda rayonlar üzrə təhkim olunmuş məsul işçilərin məlumatları dinlənilib.

 

V. BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında