Çay və sitrus bitkilərinin becərmə texnologiyası ilə bağlı müzakirələr aparılıb

Astara şəhərində rayon icra hakimiyyəti, Kənd Təsərrüfatı İdarəsi və AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə  “Çay və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyası” mövzusunda elmi-praktik seminar keçirilib.

Tədbirdə çıxış edən Astara Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasov regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin Astarada da uğurla həyata keçirildiyini bildirib. Qeyd edib ki, Dövlət Proqramında çayçılığın və sitrusçuluğun elmi təminatının və kadr potensialının artırılması, dövlət dəstəyi tədbirləri, marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi kimi məsələlər də nəzərdə tutulub.

Daha sonra çıxış edən Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev çay və sitrus plantasiyalarının salınmasından, əkin və becərmə zamanı düzgün aqrotexniki qulluğun göstərilməsindən danışıb.

Seminarda Hirkan Milli Parkının direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Hacıağa Səfərov, Lənkəran Dövlət Universitetinin kimya-biologiya fakültəsinin dosenti İsa Hüseynov, Lənkəran Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov və fermerlər mövzu ilə bağlı təkliflərini səsləndiriblər.

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.

V. BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında