Yuri Pompeyev: "Azərbaycanın Fələstinə çevrilməməsi yalnız Heydər Əliyevin sayəsində mümkün olmuşdur"

"Erməni liderləri çox tez-tez deyirlər ki, ermənilər və azərbaycanlılar etnik və hətta genetik baxımdan bir-birinə uyuşmur. Bu, açıq-aşkar nasizm, faşizm əlamətidir. Serj Sarkisyan mütləq mənada nasist kimi yanılır. Bütün bunlar yaramazlıq və insaniyyətdən uzaq olmaqdır. O və Seyran Ohanyan (Ermənistanın müdafiə naziri) Xocalıda azərbaycanlıların soyqırımını təşkil etmişlər".
Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, "Qarabağ gündəliyi", "Qarabağ qan girdabında", "Xarabalıqlar", "Məşəqqətli günlər" kitablarının müəllifi, Xocalı qırğını haqqında obyektiv həqiqətin dünyaya çatdırılması üzrə Rusiya ziyalılarının təşəbbüs qrupunun üzvü, yazışı-publisist Yuri Pompeyev bu fikirdədir.
O, Azərbaycan KİV-lərinin nümayəndələri ilə söhbətində xatırlatmışdır ki, 1992-ci ilin fevral ayında Dağlıq Qarabağ ermənilərinin quldur dəstələrinə başçılıq etmiş S.Sarkisyan Ermənistan müdafiə nazirinin müavini təyin edilmişdir. Bu, Azərbaycana qarşı yönəlmiş münaqişə və təcavüzlə Ermənistan arasında birbaşa və sıx əlaqə olduğunu təsdiq edir.
Pompeyevin sözlərinə görə, Xocalıda baş vermiş hadisələr soyqırımıdır, çünki orada insanlar yalnız milli mənsubiyyət əlamətinə görə kütləvi şəkildə qırılmışdır. Y.Pompeyevin fikrincə Ermənistanda indiki hakimiyyətin kökləri gizli terror mənşəyinə malikdir. Onlar özlərini elə bu şəkildə aparırlar. Yazıçı deyir: "Qarabağ məsələsində dönüş Ermənistanda hakimiyyət dəyişəndə yaranacaqdır".
Y.Pompeyev bir fakta da diqqəti cəlb etmişdir ki, Xocalının dinc sakinlərini qırmış 366-cı alay Rusiyaya məxsus idi, komandirlik edəni isə marşal Şapoşnikov idi. Onun sözlərinə görə, bu qırğında 366-cı Rusiya alayının biabırçı iştirakı məsələsi ciddi araşdırma və bütün təqsirkarların cəzalandırılmasını tələb edir. Yazıçı deyir: "Onlar sağdırlar, sadəcə olaraq danışmaq istəmirlər, çünki o dəhşətli gecədə törətdikləri əməllərin qəddarlığını başa düşürlər. Soyqırımında Şapoşnikovun rolu cani Seyran Ohanyanın rolundan az olmamışdır. Bu qırğını törədənlər fevralın 23-dən sonra hələ də sərxoş olan əsgərlər idi. Onlar təsvirəgəlməz vəhşiliklər törətmişlər və bu fakt Rusiya üçün böyük biabırçılıqdır. Onlar quldurlar idi. Onları oradan çıxarmaq lazım idi".
Yuri Pompeyev demişdir: "Xocalı sakral məkandır. Xocalıda tapılmış muncuq Ermitajda saxlanılır. Bu, Azərbaycanın qədim mədəniyyətə malik olmasına dəlalət edir. Təəssüf ki, müasir Azərbaycanın taleyində Xocalı yeganə qanlı səhifə deyildir. Azərbaycanın Fələstinə çevrilməməsi yalnız Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Ölkənin indiki Prezidenti İlham Əliyev isə öz növbəsində, yaxşı bilir və aydın şəkildə başa salır ki, xalqın səbri hədsiz deyildir. Cənubi Qafqazın gələcəyi hər şeydən çox Azərbaycandan asılıdır".

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında