Hulusi Kılıç: "Ermənilərin törətdiyi cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması vacibdir"

Fevralın 26-da Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı "1915-2015-ci illərdə erməni fəaliyyəti" adlı tədbir keçirilmişdir.
Türkiyənin tanınmış politoloqu, erməni-türk məsələsinə dair bir çox tarixi araşdırmaların müəllifi, professor Hikmət Özdəmir "1915-2015-ci illərdə erməni fəaliyyəti" adlı məruzə ilə çıxış edərək 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımı 1914-1916-cı illərdə Şərqi Anadoluda ermənilərin törətdiyi qətliam ilə müqayisə etmişdir. Professor erməni təşkilatlarının fəaliyyətlərini dörd əsas istiqamətdə - sui-qəsd, dinc əhaliyə qarşı qətliamlar, türk düşməni ilə işbirliyi və təbliğat üzərində qurduqlarını bildirmişdir.
Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç isə ermənilərin cinayətləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamışdır. Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamını xatırladan diplomat Azərbaycan ilə Türkiyənin dost və qardaş ölkələr olduğunu bir daha qeyd etmişdir.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Tədbirdə Milli Məclisin deputatları, tarixçi alimlər və KİV nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında