Vaşinqtonda "Qaçqın Anar Yusubovun uzun səyahəti" filminin təqdimatı keçirilmişdir

Qarabağ Fondu Vaşinqtonun (ABŞ) tarixi Avalon teatrında görkəmli türk rejissoru Cem Oğuzun "Qaçqın Anar Yusubovun uzun səyahəti" filminin təqdimatını keçirmişdir.
Qarabağ Fondundan bildirmişlər ki, filmdə ata-baba yurduna qayıda bilməyən 8 yaşlı Anar öz qaçqın hekayəsini tamaşaçılarla bölüşür. Bu ekran əsərində ABŞ ictimaiyyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağdan olan qaçqın və məcburi köçkünlərin mübarizəsi, Azərbaycan və Cənubi Qafqaz haqqında bəhs edilir.
Təqdimatdan əvvəl Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, C.Oğuz film üzərində işləyərkən keçirdiyi hisslərdən danışmışdır.
Tədbirdə ABŞ-da yaşayan Azərbaycan diasporunun nümayəndələri, burada təhsil alan tələbələr, siyasi-ictimai xadimlər, kinoşünaslar iştirak etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında