BƏƏ-də keçirilən "IDEX-2011" beynəlxalq müdafiə sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanmışdır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu-Dabi şəhərində keçirilən "IDEX-2011" beynəlxalq müdafiə sərgisi başa çatmışdır.
Tədbirə qatılan Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) bu sərgidə 71 adda müdafiə təyinatlı məmulat nümayiş etdirmişdir. Buraya yüngül atıcı silahlar, müxtəlif növ döyüş sursatları, optik nişangahlar, minaatan, zirehli maşın modelləri və s. daxil idi.
MSN-in mətbuat xidmətindən bildirmişlər ki, dünyanın 70 ölkəsindən 1050-dən çox şirkətin qatıldığı sərgidə MSN-in nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanmışdır.
Sərgidə MSN-in nümayəndə heyəti digər ölkələrin nümayiş etdirdiyi hərbi məhsullarla da yaxından tanış olmuşdur.
Səfər çərçivəsində nazir Yavər Camalov BƏƏ-nin Prezidenti Şeyx Xəlifə bin Zaid Al Nəhyanın təşkil etdiyi rəsmi qəbulda olmuşdur. Dövlət başçısı sərgidə iştirak edən 70 ölkədən yalnız yeddisinin nümayəndə heyətinin başçısı ilə görüşmüşdür.
Y.Camalov, həmçinin BƏƏ Silahlı Qüvvələrinin qərargah rəisi Həmid Məhəmməd Sani Ər-Rumeysi, sərgidə iştirak edən Türkiyənin müdafiə naziri Vecdi Könül, müdafiə sənayesi müşaviri Murad Bayar və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşmüşdür.
Sərgi zamanı ikitərəfli əməkdaşlığa dair niyyət protokolları imzalanmış, nazirliyin müəssisələrində istehsal olunan atıcı silahların, onların nişangahlarının və digər müdafiə təyinatlı məmulatların ixracına dair bir neçə ölkə ilə razılıq əldə edilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında