Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr yüksək səviyyədədir

Bu sözləri Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi səlahiyyət müddətinin başa çatması ilə bağlı fevralın 26-da keçirdiyi sonuncu mətbuat konfransında demişdir.
Beşillik fəaliyyəti dövründə görülən işlərdən danışan P.Semnebi qeyd etmişdir ki, bu dövr ərzində o, bir neçə dəfə Azərbaycanda səfərdə olmuşdur. Bu səfərlər çərçivəsində Aİ ilə Azərbaycan arasında əlaqələrin müxtəlif istiqamətləri üzrə səmərəli müzakirələr aparılmışdır. Aİ gələcəkdə də Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.
Azərbaycana budəfəki səfəri çərçivəsində həm dövlət rəsmiləri, həm də vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdüyünü deyən xüsusi nümayəndə, müzakirə edilən əsas məsələlərin siyasi islahatlar, seçkilər, insan hüquqları, mətbuat azadlığı sahəsində görülən işlərlə bağlı olduğunu bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan P.Semnebi məsələnin həllinin təkcə region üçün deyil, Aİ üçün də vacib olduğunu vurğulamışdır.
Mətbuat konfransına qatılan Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı Azərbaycan xalqının kədərini bölüşdüyünü qeyd etmişdir. Aİ ilə Azərbaycan arasında müzakirə edilən ən mühüm məsələlərdən birinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə bağlı olduğunu deyən R.Kobia ATƏT-in Minsk qrupunun fəaliyyətini və danışıqlar prosesinin davam etdirilməsi istiqamətində atılan addımları dəstəklədiyini bildirmişdir. Səfir münaqişənin həlli prosesinin sürətlənməsinin vacibliyini vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında