Türk Xalqları Vətəndaş Cəmiyyəti Forumu beynəlxalq qurumları Xocalı faciəsini soyqırımı kimi tanımağa çağırmışdır

Türk Xalqları Vətəndaş Cəmiyyəti Forumu (TXVCF) Xocalı faciəsi ilə bağlı BMT-nin baş katibinə, təşkilatın İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq Sülh Bürosuna, Dünya Gənclər Assambleyasına, türk dövlətlərinin parlamentlərinə və Azərbaycandakı səfirliklərinə bəyanat ünvanlamışdır.
Forumun mətbuat xidmətindən bildirmişlər ki, bəyanata forumda təmsil olunan Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan vətəndaş cəmiyyətlərinin nümayəndələri qoşulmuşlar.
Bəyanatda deyilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçuları bəşəriyyətin ən ağır cinayəti sayılan, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımını törətmişlər. Bu cinayət nəticəsində Xocalıda 613 nəfər öldürülmüş, 487 nəfər şikəst edilmiş, əksəriyyəti uşaqlar, qadınlar, qocalar olan 1275 dinc sakin əsir götürülərək görünməmiş zülm və təhqirlərə məruz qalmışdır. Faciədən 19 il keçməsinə baxmayaraq, indiyədək 190 nəfərin taleyi barədə məlumat yoxdur.
Sənəddə vurğulanır ki, beynəlxalq miqyasda Xocalı soyqırımına hələ də siyasi-hüquqi qiymət verilməməsi bu faciəyə qarşı beynəlxalq təşkilatların biganəliyi və ikili standartlarla yanaşması kimi qiymətləndirilməlidir. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qətnamələrə Ermənistan tərəfindən əməl olunmaması təəssüf doğurur.
TXVCF dünya birliyini Xocalı faciəsinə siyasi-hüquqi qiymət verməyə, beynəlxalq hüququn normalarını və prinsiplərini kobud şəkildə pozaraq, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında