Türkiyənin nüfuzlu "Hürriyyət" qəzeti Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın müsahibəsini dərc etmişdir

Türkiyənin nüfuzlu "Hürriyyət" qəzeti 26 fevral tarixli nömrəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın müsahibəsini dərc etmişdir.
Qəzet yazır ki, Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində daha bir layihənin - Azərbaycanın məşhur rep qrupu "Dəyirman"ın və ABŞ Xarici İşlər Nazirliyinin xoşməramlı səfiri Toni Bləkmən ilə birlikdə ifa etdiyi "Xocalıya ədalət" klipinin ərsəyə gəlməsinə Leyla xanım Əliyeva yaxından dəstək vermişdir.
"Hürriyyət"ə müsahibəsində Leyla xanım Əliyeva demişdir: "Xocalıya ədalət" istəyən hər bir kəs insanlığın səsini dinləmiş olar. Dünya ictimaiyyəti Xocalı qətliamından sonra konkret və işlək bir mexanizm yaratmamışdır. Təəssüf ki, hələ də bu faciəyə ikili standartlardan yanaşılır. Ermənilər "dünya bunu tez unudar" düşüncəsi ilə bir gecədə 613 nəfəri qətlə yetirmişlər. Qətlə yetirilənlər arasında 106 qadın, 63 uşaq vardır. Səkkiz ailə tamamilə məhv edilmişdir.
Bu gün güvənə biləcəyimiz dövlətimiz vardır. Bu cinayəti bütün dünyada tanıtmaq məqsədi ilə 2009-cu ildən etibarən "Xocalıya ədalət" kampaniyasına başlamışıq. Kampaniyamızın uğurla davam etməsi üçün www.justiceforkhojaly.org saytını yaratmışıq. Qardaş Türkiyə Respublikasına və türk xalqına bizə verdiyi dəstəyə görə təşəkkürlərimizi bildiririk.
Kampaniya çərçivəsində 30 ölkədə tədbirlər keçirilir. Vaşinqton, Ankara, Brüssel, Cakarta, Ottava, Berlin, Abu-Dabi, Paris və San-Paulu kampaniyanın həyata keçirildiyi şəhərlərdən bir neçəsidir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında