Şimal istiqamətində hərəkət edən beynəlxalq sərnişin qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik edilmişdir

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovdan aldığımız məlumata görə, "Rusiya Dəmir Yolları" Açıq Səhmdar Cəmiyyəti rəhbərliyinin qərarına əsasən təhlükəsizliyin təmin edilməsi məqsədi ilə 4 fevral 2011-ci ildən Şimali Qafqaz Dəmir Yolunun Samur-Artezian sahəsində sərnişin və yük qatarlarının hərəkətinə axşam saat 22.00-dan səhər 6.00-a qədər məhdudiyyət qoyulmuşdur.
Belə bir qərarın qəbul olunmasının əsas səbəbi son vaxtlar Şimali Qafqaz Dəmir Yolunun Dağıstan Respublikası ərazisindən keçən hissəsində tez-tez neqativ halların qeydə alınmasıdır.
Hazırda təqdim olunan hərəkət cədvəli müvəqqəti xarakter daşıyır və cari ilin fevralın 23-dən martın 26-dək qüvvədə olacaqdır. 26 mart 2011-ci ildən yeni hərəkət cədvəli tətbiq olunacaqdır.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında