Daxili işlər orqanlarında xidmətə qəbul üzrə müsabiqə keçirilir

Respublika daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqə keçirilir.
Daxili İşlər Nazirliyi bununla əlaqədar müsabiqə iştirakçılarının nəzərinə çatdırır ki, onlar bu il martın 2-də nazirlikdən (Bakı şəhəri, Azərbaycan prospekti, 7), "Namizədin buraxılış vərəqəsi"ni və "Test imtahanı sualları" toplusunu almalıdırlar.
Xidmətə qəbul üzrə test imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən martın 12-də Azərbaycan Texniki Universitetinin 5-ci korpusunda (Bakı şəhəri, H.Cavid prospekti, 25) həyata keçiriləcəkdir. Namizədlər imtahan günü saat 9.00-da "Namizədin buraxılış vərəqəsi" və şəxsiyyətlərini təsdiq edən sənədlə birlikdə göstərilən ünvanda olmalıdırlar.
Əlavə məlumat almaq istəyənlər (012) 590-92-54 və 590-95-23 nömrəli telefonlarla nazirliyin Baş Kadrlar İdarəsinə zəng edə bilərlər.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında