Masallıda növbəti Novruz yarmarkası

Şənbə və bazar günləri Masallı şəhərində Novruz bayramı ilə əlaqədar ərzaq və kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkası təşkil edilib.

Novruz yarmarkasında piştaxtaların üstünə bölgədə yetişdirilən çeşidli nemətlər düzülüb. Qiymətlərin  sərfəli olması hər kəsin lazımınca bazarlıq etməsinə, evə əli dolu qayıtmasına şərait yaradıb.    Sakinlər Masallı istehsalı olan “Haşimi”, “Apolla”və “Okean” düyülərindən, müxtəlif çərəzlərdən, ət və balıq məhsullarından daha çox alıblar. Rayonun Mahmudavar, Xırmandalı, Həsənli, Kalinovka, Bədəlan, Şərəfə, Öncəqala kəndləri, Boradigah və Ərkivan qəsəbələri satış-yarmarkada daha geniş təmsil olunub.

Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Novruz satış-yarmarkasına baş çəkərək, satıcı və alıcılarla söhbət edib. Ölkədə yaradılan bolluq Prezident İlham Əliyevin aqrar sahənin inkişafı naminə gördüyü tədbirlərin nəticəsi kimi dəyərləndirilib və ölkə rəhbərliyinin tapşırığıyla süni bahalanmaya qarşı tədbirlər görüldüyü vurğulanıb.  

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında