Əmək bazarı ilə bağlı islahatlar bəyənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycanda iş yerləri ilə bağlı tədqiqat və strategiya üzrə missiyası ilə görüş olub. Görüşdə missiyanın üzvləri--baş iqtisadçılar Muhammed İhsan Ayvad, Maykl Ueber, proqram rəhbəri Lire Ersado və xanım Elvira Anadolu iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ötən dövrdə respublikamızda əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Bildirib ki, hər il əmək bazarına 100 mindən çox gənc işçi qüvvəsinin daxil olduğu ölkədə əmək resurslarının məşğulluğunun təminatı da reallaşdırılan islahatlar paketinin mühüm tərkib hissəsidir.

Nazir bildirib ki, işçi qüvvəsinin yüksək təklifi şəratində iş yerlərinin yaradılması, məşğulluq imkanlarının artırılması daimi xarakter alıb. 2003--2017-ci illərdə məşğul əhalinin sayının 21,4 faiz, muzdlu işçilərin sayının 24 faiz artmasına, işsizlik səviyyəsinin azaldılmasına nail olunub.

Missiya üzvləri Azərbaycanda əmək bazarı ilə bağlı aparılan islahatları, bu sahədə dövlət tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi, habelə aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, inklüziv əmək bazarının inkişafı yönündə aparılan işlərin Dünya Bankı tərəfindən rəğbətlə qarşılanaraq dəstəkləndiyini vurğulayıblar.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında