Nəsimi rayonunda anım tədbiri

Nəsimi rayonunda Xocalı faciəsinin 19 -cu ildönümü qeyd edimişdir. Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə hazırlanmış tədbirlər planına uyğun olaraq idarə və təşkilatlarda, təhsil müəssisələrində müxtəlif tədbirlər keçirilmişdir.
Rayondakı tədbirlərin yekunu olaraq Azərbaycanın Milli Qəhrəmanı, Xocalının müdafiəsi zamanı həlak olmuş Aqil Quliyevin Nizami küçəsindəki yaşadığı binanın qarşısında anım mərasimi keçirildi. Qəhrəmanın xatirə lövhəsi önünə gül dəstələri qoyuldu.
Sonra rayon ictimaiyyəti nümayənələrinin iştirakı ilə mərasim keçirildi.Öncə tədbir iştirakçıları rayon məktəblərində Xocalı mövzusunda keçirilmiş rəsm müsabiqəsinin yekun sərgisinə tamaşa etdilər.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Nəsib Məhəməliyev dedi ki,19 il əvvəl xalqımız tarixində ən dəhşətli faciələrdən olan Xocalı soyqırımına məruz qaldı. Bu müdhiş gün yüzlərlə soydaşımız qəddarlıqla qətlə yetirildi, şikəst edildi, işgəncələrə məruz qaldı. Lakin bu soyqırımını törədən mənfur erməni cəlladları və onların havadarları çirkin məqsədlərinə çatmadılar və xalqımızın Vətən və azadlıq sevgisini boğa bilmədilər. Azərbaycan xalqı Xocalı faciəsini heç zaman unutmayacaq və doğma Qarabağımızı azad etməklə bütün şəhidlərimizin qisasını alacaq.
Tədbirdə 1 və 54 saylı məktəblərin və rayonun özfəaliyyət kollektivlərinin hazırladıqları kompozisiya nümayiş etdirildi.
Nəsimi rayonunda məskunlaşmış 65 Xocalı ailəsinə maddi yardım edildi.{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında